"Minlərlə müəllimin əməkhaqqına əlavələr olacaq” - Emin Əmrullayev

“Sertifikatlaşma prosesindən öncə gedən dedi-qodulara baxmayaraq 98 faiz müəllim sertifikasiya prosesində iştirak etdi”.
Redaktor.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev deyib.
Nazir sertifikasiyada iştirak edən müəllimlərə təşəkkür edib:
“Prosesin sonunda yaxşı nəticələrlə qarşılaşdıq. Artıq minlərlə müəllimin sentyabrdan başlayaraq əməkhaqqına əlavələr olacaq”.