7-ci sinif şagirdi 160 saylı gimnaziyaya qarşı - Təhsil Şöbəsi kimin tərəfini tutdu?

 14:25 10.09.2022     377

“Araşdırma zamanı məlum olub ki, 2021-2022-ci tədris ili çərçivəsində 160 nömrəli Klassik Gimnaziyanın 7 “b” sinif şagirdi Səlimə Əliyevanın beş fənn üzrə biliyi qeyri-kafidir. Bu səbəbdən də təhsil haqqında qanunvericiliyə uyğun olaraq şagird ikinci il üçün sinifdə qalıb”.

Redaktor.az xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətindən Bakı şəhər sakini, məktəbli Səlimə Əliyevanın anası Elen Əliyevanın şikayətinə münasibət bildirərkən məlumat verilib.

Təhsil Şöbəsindən onu da qeyd ediblər ki, qadının səsləndirdiyi şikayətlərin hamısı təsdiqini tapmayıb.

Xatırladaq ki, Bakı sakini Elen Əliyeva 160 saylı Klassik Gimnaziyanın müəllimlərinin qızını alçaltmasından, qiymətlərini aşağı salmasından və rüşvətə eyham vurmasından şikayətlənib. Bundan əlavə, qız ikinci il üçün sinifdə qalıb (media.az).