Nazirlikdən BTE-dəki izdihamla bağlı AÇIQLAMA

 12:42 12.09.2022     643

Bakı Tikiş Evinin qarşısında məktəbli forması ilə bağlı izdiham yaşanır. Valideynlər forma tapmaqda çətinlik yaşadıqlarını deyirlər.

Redaktor.az xəbər verir ki, Elm və Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov məktəbli formaları ilə bağlı təmsil etdiyi nazirlik hər hansı şirkətlə əməkdaşlıq etmədiyini, sifariş həyata keçirmədiyini bildirib.

“Məktəbli forması olmadan tədrisin ilk günü məktəbə getmək olmaz deyə məcburiyyət yoxdur. Valideynlər formanı sonra da ala bilərlər”, - deyə əlavə edilib (oxu.az).