Peşə məktəblərində oxuyanlara da təhsil tələbə kreditləri verilə bilər

 13:23 12.09.2022     568

“Texniki peşə məktəblərində təhsil alanlara təhsil tələbə kreditlərinin verilməsi məsələsi müzakirə olunur”.

Redaktor.az xəbər verir ki, bunu Təhsil Tələbə Krediti Fondunun icraçı direktoru Araz Paşayev Fondun hesabat tədbirində çıxışı zamanı məlumat verib.

O bildirib ki, hazırda yüksək texniki peşə təhsili müəssisələrində təhsil alanlara tələbə kreditləri verilə bilər.

“Növbəti ilin sentyabrından texniki peşə təhsili üzrə təhsil alanlara da təhsil tələbə kreditlərinin verilməsinə başlanıla bilər”.