Əcnəbi tələbələrin dərsləri əyani olacaq - NAZİRLİK

 14:20 14.09.2022     1216

2022-2023-cü tədris ilində Azərbaycanda təhsil alan əcnəbi vətəndaşlar Azərbaycan Respublikası vətəndaşları kimi tədrisə əyani cəlb olunacaqlar.

Bu barədə Redaktor.az-ın sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 may 2021-ci il tarixli 151 nömrəli Qərarının müvafiq bəndləri üzrə hava nəqliyyatı vasitəsilə Azərbaycan Respublikasına giriş-çıxışına icazə verilən ölkələr siyahısında yer almayan ölkə vətəndaşlarının təhsil yerinə gəlişinin təmin olunması məqsədilə ali təhsil müəssisələrinin müraciəti əsasında Elm və Təhsil Nazirliyi tərəfindən aidiyyəti üzrə vəsatət qaldırılır və onların ölkəyə girişi qaydalar çərçivəsində təmin edilir.

Xüsusi karantin rejimi ilə əlaqədar əcnəbi vətəndaşların təhsilinin təşkili sahəsində istisnaların tətbiqi ilə bağlı hər hansı qərar yoxdur.