Müəllimləri “ambar”a, “şafdalı”ya görə tənqid edən nazir özü səhvə yol verdi - FOTO

 10:18 16.09.2022     6868

Elm və təhsil naziri Emin Əmrullayev dünən yeni tədris ilinin başlaması münasibətilə paylaşım edib.

Redaktor.az xəbər verir ki, bu barədə feysbuk hesabında yazan nazir əlamətdar gün adının yazılışında səhvə yol verib.

Belə ki, o, Bilik Günü ifadəsini dırnaq daxilində yazmaqla xətaya yol verib. Məlum xəta barədə paylaşımın şərh bölməsində izləyici tərəfindən məlumat verildikdən sonra yazıya düzəliş edilib.

Xatırladaq ki, bir müddət əvvəl elm və təhsil naziri Emin Əmrullayev Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı hələ də bəzi müəllimlərin anbar sözünü “ambar”, şaftalını “şafdalı”, dastanı “dasdan” kimi yazdıqlarını bildirib.



İzləyici tərəfindən verilən şərh

Yazının düzəldilmiş forması