Müəllimlərdən pul tələb edən direktorla bağlı RƏSMİ AÇIQLAMA

 13:07 19.09.2022     856

Sumqayıt şəhər 32 saylı orta məktəbin direktorunun müəllimlərdən pul tələb etməsi barədə yayılmış səs yazısı ilə bağlı prokurorluq orqanları tərəfindən araşdırma aparılır.

Bu barədə Redaktor.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Qeyd edək ki, sosial şəbəkələrdə Sumqayıt şəhər 32 saylı orta məktəb direktorunun müəllimlərdən pul tələb etməsi barədə səs yazısı yayılıb.