Atasını itirən tələbə təhsil haqqını ödəyə bilmir: “Kafedə ofisiant işlədim, amma pulu yığa bilmədim” - FOTO

 16:43 19.09.2022     471

Mingəçevir Dövlət Universitetinin 4-cü kurs tələbəsi Əhədov İlkin təhsil haqqını ödəyə bilmir.

Redaktor.az xəbər verir ki, bu barədə oxu.az-a o özü məlumat verib.

O qeyd edib ki, atası sağ olarkən təhsil haqqını vaxtı-vaxtında ödəyib:

“Mən Mühasibat uçotu və audit fakültəsinin 4-cü kursunda təhsil alıram. Təhsil haqqı 1200 manatdır. Atam vəfat edənə qədər ödənişlərimdə gecikmə olmayıb. Lakin ailə başçısını itirdikdən sonra artıq maddi çətinliklər başladı. Mən pulu ödəyə bilmək üçün kafe-restoranlarda ofisiant işlədim, amma gündəlik qazandığım pulu da evdar xanım olan anama və bacıma dolanışıqları üçün yolladım”.

İlkinin babası Sahib Mahmudov isə sayta açıqlamasında bildirib ki, nəvəsi üçün əlində olan bir dənə inəyi satmağa çalışsa da, alınmır:

“İlkinin atası rəhmətə getdikdən sonra ailənin yükü mənim üzərimə düşdü. Mənim də dolanışığım çox zəif olduğu üçün İlkinin təhsil haqqını ödəyə bilmədim (ağlayır). İnəyi satıb pulu ödəmək istəyirəm, amma ona da 750 manat pul verirlər. Nəvəmin pulu tamamlansa, onu da sataram. Amma bir tərəfdən də düşünürəm ki, lap bunu satdım, bəs evdəkiləri necə dolandıracağam? İmkanlı şəxslərdən xahiş edirəm, nəvəmin təhsilinin yarımçıq qalmaması üçün bizə kömək etsinlər. O, çox ağıllı, savadlı uşaqdır”.

Bank hesabı (Beynəlxalq bank)

55 22 09 93 13 32

Kapitalbank hesabı

5103 0715 0032 3924

Ailənin əlaqə nömrəsi: 050 771 17 61 (tələbə), babası Sahib Mahmudov (077 295 21 36)

 

Bizimlə əlaqə saxlayın