Azərbaycanda tanınmış professor vəfat etdi

 14:47 21.09.2022     286

Azərbaycan Texniki Universitetinin (AzTU) professoru Çingiz Əfəndiyev 89 yaşında vəfat edib.

Redaktor.az xəbər verir ki, bu barədə Universitetdən bildirilib.

Çingiz Əfəndiyev 1933-cü il sentyabrın 19-da Bakıda anadan olub. 1956-cı ildə Odessa Elektrotexnika Rabitə İnstitutunun Radiorabitə və radioyayım fakültəsini bitirib.

1967-ci ildən Azərbaycan Politexnik İnstitutunda (indiki AzTU) fəaliyyətə başlayıb. 1974-cü ildə Televiziya və radiosistemlər kafedrasının müdiri, 1988-1996-cı illərdə isə Radiotexnika fakültəsinin dekanı vəzifəsində çalışıb.

1991-ci ildə professor elmi adını alıb.

1996-2006-cı illərdə Türkiyənin On Doqquz May Universitetinin Mühəndislik fakültəsində professor vəzifəsində işləyib. 2007-ci ilin yanvar ayından AzTU-nun professoru vəzifəsində çalışıb.

130-a yaxın elmi əsərin, 12 kitabın və 2 monoqrafiyanın müəllifidir.

Allah rəhmət eləsin!

2