Deputat nazirliyi milyonluq korrupsiyada İTTİHAM ETDİ

 15:16 21.09.2022     245

"Təhsildəki bir neçə ciddi məsələ barədə yazı yazdım. Nazirin tapşırığı ilə  bunların yalnız birinə, əcnəbi tələbələrin təhsili ilə bağlı məsələyə cavab verməyə çalışdılar. Əvvəllər olduğu kimi dünən  də Elm və Təhsil Nazirliyinin sözcüsü Cəsarət Valehov ictimaiyyəti çaşdırdı. Yalan danışdı. Dedi ki, əcnəbi tələbələrin qəbul məsələsində ali məktəblər müstəqildir. Əslində ya nazir, ya da Elm və Təhsil Nazirliyinin beynəlxalq əlaqələr şöbəsi bu sualın cavabını verməli idi. Nazir müavinləri isə tam səlahiyyətsiz olduqlarından bu məsələni də Cəsarət Valehovun üstünə yıxdılar o isə yalan danışmağa məcbur oldu".

Redaktor.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Etibar Əliyev xarici tələbələrin yerli universitetlərə qəbulu zamanı yaşadığı problemlərlə bağlı sosial şəbəkədə yaydığı paylaşımda qeyd edib.

Onun sözlərinə görə, Azərbaycana təhsil almağa gələn əcnəbi tələbələr Elm və Təhsil Nazirliyinin müvafiq portalından qeydiyyatdan keçməsə ali məktəblər onları qəbul edə bilməzlər:

"Dəhşət burasıdır ki, portal Azərbaycan dilindədir. Həmin portaldan qeydiyyatdan keçməyən tələbəyə viza verilmir. Bunu necə danmaq olar? Jurnalistlər bu barədə Dövlət Miqrasiya Xidmətinə sorğu verə bilərlər. C. Valehov əcnəbi tələbələrin sayını da yanlış söylədi. Böyük Universitetlərə gələn əcnəbi tələbələrin sayı 400 nəfərə çatmır. İkincisi, 2500-dən çox tələbə isə (əsasən İrandan və Türkiyədən) Tibb Universitetinə qəbul olunub. Məqsəd də bəllidir. Əslində nazirliyi bu cür məqamları danmaqda məqsədi nədir? Əsas məqsəd portallara xərclənən milyonlarla manat vəsaitin üstünü ört-basdır etməkdir. Müvafiq qurumlar Təhsilin İnformasiyalaşdırılması İdarəsinin bu işlərə sildiyi milyonlarla manat vəsaitin haqq-hesabını çəkilməlidir. İlərdir "Elektron məktəblər" deyib car çəkirlər, hələ onu görən bir nəfər də olmayıb. Cəsarətə tapşıriq olsa bu faktı da danar".

İLTİFAT