Lənkəranda hicablı tələbələrə qadağa qoyulub? - AÇIQLAMA

 17:05 22.09.2022     1011

Sosial şəbəkələrdə Lənkəran Dövlət Universitetinin hicablı tələbələrinə qadağa qoyulması barədə iddialar yayılıb. Bəzi tələbələr bildiriblər ki, onlar hicab taxdıqlarına görə universitetin yeni istifadəyə verilmiş korpusuna buraxılmayıblar.

Redaktor.az xəbər verir ki, Lənkəran Dövlət Universitetinin mətbuat katibi Esmira İsmayılova xəbəri təkzib edərək, tələbələrə hicabla bağlı qadağa qoyulmadığını, yayılan xəbərlərin yalan olduğunu bildirib.

“Hazırda dərsdəyəm və lövhənin qarşısında dərs danışan hicablı tələbə dayanıb. Dünən açılış vaxtı dərs gedirdi, dərsə maneə olmamaq üçün hər qrupdan 3-4 nəfər açılış mərasimində iştirak edib. Açılışa qatıla bilməyən tələbələr hicabla bağlı qadağanı şayiə olaraq yayıblar”, - deyə mətbuat katibi məsələyə aydınlıq gətirib (modern.az).