Nazirlikdən “Riyaziyyat 10” dərsliyindəki səhvlərlə bağlı AÇIQLAMA

 11:22 27.09.2022     1056

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi “Riyaziyyat 10” dərsliyinin nəşriyyat səhvlərinin olması barədə yayılan məsələyə münasibət bildirib.

Redaktor.az xəbər verir ki, nazirlikdən “Riyaziyyat 10” dərsliyinin istehsalı zamanı səhifələrin düzülüşündə texniki xətanın baş verdiyi bildirlib:

“Qısa müddət ərzində böyük tirajlı vəsaitlərin dərci zamanı olduqca az sayda məhsulda (məsələn: 150000 tirajda 1 faiz) texniki səbəblərdən qaynaqlanan yanlışlıqlar başadüşüləndir. Sözügedən problem dərsliklər çap edildikdən sonra baş verib və qısa zaman ərzində aradan qaldırılıb”.

Qeyd edək ki, dərs ili başlasa da, məktəblərə əksər kitablar verilməyib. Eyni zamanda, bu il üzrə paylanılmış dərsliklərin bir çoxunda nəşriyyat səhvləri müəyyən edilib. Belə ki, səhifələrin tərs çap edilməsi, çap edilməmiş vərəqlər (xüsusən 16-cı səhifədən sonra) müəyyən edilib.

Vumart və Güvən reklamı Vumart Güvən