İnternetə qoşulan təhsil müəssisələrinin sayı AÇIQLANDI
Azərbaycanda internetə qoşulan təhsil müəssisələrinin sayı 91 faizdir.
Redaktor.az xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov deyib.
Nazir müavini xatırladıb ki, 2015-ci ildə ölkədə təhsil müəssisələrinin cəmi 47 %-i internetə qoşulmuşdusa, hazırda bu bu rəqəm 91 faiz təşkil edir:
"2000-ci illərin əvvəlində 1 062 şagirdə 1 kompüter düşürdüsə, indi bu göstərici 18-ə 1-dir. Məqsədimiz odur ki, bir müddət sonra 6 şagirdə 1 komputer düşsün" (report).












