Nazirlik bu şəxslərin işə qəbulu ilə bağlı məlumat yaydı
"2021-ci ilin fevral ayından 16 sentyabr 2022-ci il tarixinə kimi 1952 nəfər şəhid və hərbçi ailə üzvləri, qazi, müharibə iştirakçıları Elm və Təhsil Nazirliyinə tabe müəssisələrdə digər pedaqoji vəzifələrdə (təsərrüfat müdiri, kitabxana müdiri, kitabxanaçı, laborant, UBTR və digər işlər) işlə təmin olunmuşdu".
Redaktor.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov məlumat verib.
Məlumatda bildirilib ki, onlardan 665 nəfəri cari ildə işə qəbul edilmişdi.
Nərmin VÜQARQIZI












