Bu rayonda 2,4 milyon manata yeni məktəb tikiləcək

 18:30 04.10.2022     1592

Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi Masallı rayonunun Qəzvinoba kəndində 180 şagird yerlik tam orta məktəbin tikintisi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

Redaktor.az dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi "Turan.İ.O" MMC-dir.

Qalib şirkətə 2,41 milyon manat ödəniləcək.

Vumart və Güvən reklamı Vumart Güvən