Bakıda ibtidai sinif müəllimi vəfat etdi - FOTO

 12:14 05.10.2022     4509

Bakının 286 nömrəli tam orta məktəbinin ibtidai sinif müəllimi Alkişiyeva Əsmayə İmani qızı dünyasını dəyişib.

Redaktor.az-ın məlumatına görə, 286 nömrəli tam orta məktəbin sosial şəbəkə hesabında bildirilib ki, Ə.Alkişiyeva uzun sürən xəstəlikdən vəfat edib:

“O, uzun müddət xəstəlikdən əziyyət çəkirdi. Yanvar ayından xəstəliklə bağlı kağız məktəbə təqdim etmişdi. Xəstəliyinin nə olduğunu bilmirdik, sadəcə, xəstə olduğu qeyd olunmuşdu”.

Məktəb nümayəndəsi oxu.az-a onun dünən dünyasını dəyişdiyini qeyd edib:

“Ailəsinin məlumatına görə, dünən dünyasını dəyişib. Yanvar ayından müalicə alırdı. Sonuncu dəfə yanvar ayında məktəbdə olub. Əlaqə saxlayırdıq, müalicə olunduğunu deyirdi. Gümrah, optimist insan idi. Sağalacağına inanırdı. Bütün ailə üzvləri əllərindən gələni edirdilər. Biz də ailəsindən məlumat alırdıq. Övladları bizim məktəbdə oxuyublar. Üç övladı var. Yaşları kiçik deyil. Çox heyif, 61 yaşında bizdən ayrıldı”.

2
Vumart və Güvən reklamı Vumart Güvən