Şagirdlərin dərs otağında pomidor-yumurta bişirməsi barədə AÇIQLAMA - YENİLƏNİB

Bakının 48 saylı məktəbində şagirdlərin yemək bişirməsi ilə bağlı yayılan görüntülərə aydınlıq gətirilib.
Redaktor.az-ın xəbərinə məktəbdən APA-ya bildirilib ki, şagirdlərin məktəbdə yemək bişirməsi ilə bağlı yayılan videogörüntü ötən tədris ilində (16 may 2022-ci il) çəkilib.
“Uşaqlar həmin gün özləri ilə bir sıra ləvazimatlar gətiriblər və dərsdən sonra sinif otağında yemək bişiriblər.
Məsələdən xəbər tutan kimi məktəb rəhbərliyi tərəfindən müvafiq tədbirlər görülüb, sinif rəhbəri, valideyn və uşaqlarla söhbət aparılıb.
Sinif rəhbəri dəyişdirilib. Videonu çəkən şagird isə sinifdə qaldığı üçün ötən dərs ilinin sonunda məktəbdən çıxıb”, - qeyd olunub.
***
Son günlər gündəmi məktəblərdə baş verən olaylar zəbt edir.
Bu gün də məktəblərimiz Beynəlxalq Müəllimlər Günü ilə deyil, şagirdlərin dərs otağında pomidor-yumurta bişirmələri ilə müzakirə mövzusuna çevrildi.
Redaktor.az xəbər verir ki, hadisə Bakı şəhəri, Xətai rayonu, 48 nömrəli tam orta məktəbdə qeydə alınıb.
Məlumata görə, 10-cu sinif şagirdləri dərsə gəlməyən müəllimi əvəz edən başqa müəllim olmadığı üçün vaxtlarını yemək bişirərək keçirməyə çalışıblar. Onlar sinif otağına elektrik plitəsi gətirərək pomidor-yumurta bişirib və həmin anları lentə alıblar (Yenisabah.az).