Şagirdlər məktəbi mətbəxlə səhv saldılar: Qurum açıqlama verməkdən imtina etdi - VİDEO

 01:02 07.10.2022     571

Məktəblinin sinif otağında döyülməsinin ardından daha bir xoşagəlməz görüntülər sosial şəbəkələrdə yayımlanıb.

Belə ki, yayılan görüntülərdə Xətai rayonunda yerləşən 48 nömrəli məktəbin şagirdləri sinif otağında elektrik plitəsində pomidor yumurta bişiriblər.

Baku TV-nin əməkdaşı sözügedən məktəbdə olub. Məktəbdən rəhbərlikdən heç kimin olmadığı bildirilib. 

Məsələ ilə bağlı Bakı şəhər Təhsil idarəsindən bildirib ki, qurum hər yayılan video ilə bağlı açıqlama verməli deyil.

Daha ətraflı süjetdə: