"VIII sinifdən başlayaraq oğlanlar arasında kriminal həyata maraq güclənir" - Kamran Əsədov

 21:54 08.10.2022     1906

Məktəbin V və VI sinfində aparılmış sorğular göstərdi ki, şagirdlər kriminal aləmin avtoritetlərini tanıyır, lakin onların fəaliyyətinə heç bir ciddi münasibətləri yoxdur.

Redaktor.az xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov məktəbin pedaqoji və tərbiyə mühütü barədə aparılan xidməti araşdırmanın nəticələrindən bəhs edərkən deyib. 

Onun sözlərinə görə, kriminal avtoritetlərin həyatı və fəaliyyəti barəsində V-Vİ sini şagirdləri arasında müsbət və mənfi fikirləri olsa da onlara münasibətləri primitivdir. Şagirdlərin davranışında kriminal aləmin insanlarına xas hərəkətləri imitasiya etmək də müşahidə edilmir. Lakin yuxarı siniflərdə bu məsələ təhlükəli məcraya yön alıb:

"Araşdırmalar göstərir ki, VII sinif şagirdlərində kriminal aləmin avtoritetlərinin davranış tərzini imitasiya etmək cəhdləri var. Belə ki, onlar münasiqəşələri onlara xas formada mübahisələndirməklə həll etmək, bu mümkün olmadıqada kriminal birləşmələr yaradıb güc yolu ilə problemi həll etmək cəhdləri var. Bu uşaqlar məhəllələr daxilində dostluq və yoldaşlıq etdiyi fəal yuxarı və aşağı sinif şagirdləri ilə kriminal birlik görüntüsü yaradır, kriminal aləmə məxus jarqonlardan istifadə edirlər".

Ekspert bildirib ki, artıq VIII sinifdən başlayaraq oğlan şagirdlər arasında kriminal həyata maraq güclənir: 

"Məktəbin VIII və IX siniflərində aparılmış uzun müddətli sorğular isə dəhşətli mənzərəni üzə çıxarıb. Məlum oldu ki, bu şagirdlər pandemiya ilə əlaqədar elan edilən karantin rejimi dövründə mobil telfonlara sahiblənmək üçün əsas əldə etmişlər. Hazırda bu sinif uşaqlarından 10 nəfəri artıq 2 ildir ki, vatsap sosial şəbəkəsində yaratdıqları qrupda birləşiblər. Qrupda bir vaxtlar onlarla bir sinifdə təhsil alan, hazırda Ukrayna və Rusiyada yaşayan sinif yoldaşaları da var. Həmin şagirdlər Rusiya və Ukraynada təhsildən yayınır, sinif yoldaşlarına həyat tərzlərinə uyğun çəkdikləri görüntüləri nümayiş etdirirlər. Məktəbin yuxarı siniflərində oxuyan bu şagirdlər birləşdikləri mobil sosial şəbəkə qrupunda digərləri ilə problemlərini bölüşür və onlardan digərləri ilə münaqişəyə düşdükdə yardım istəyirlər. Bu mübahisələr xüsusən, qonşu kəndlərdən onların kəndinə repetitorluq fəaliyyətinə cəlb edilən uşaqlarla və ya onların digər kəndlərə repetitorların yanına gedən zaman rastlaşdıqları uşaqlarla baş verən zaman hadisənin motivini göstərən foto, scren, audio və videolar qrupa atılmaqla idarə edilir. Bu halda qısa müddətdə və eyni zamanda bir-neçə uşaq münaqişəyə cəlb edilir. Onların vatsap vasitəsi ilə göndərdiyi səs yazılarında insan fiziologiyasının və cinsi həyatının eybəcərliklərini özündə etiva edən jarqon və ifadələrdən geniş istifadə edilib. Məktəbin VIII və IX sinifləri hesab edirlər ki, kriminal aləmin avtoritetləri varlıdan oğurlayıb kasıblara maddi nemətlər verirlər, onlar mərd və qorxmazdırlar".

K.Əsədov onu da vurğulayıb ki, məktəbin müəllimləri əsasən qadın olduqları üçün məktəbin tərbiyə mühütünün bu vəziyyətdə olduğunu müşahidə edə bilmirlər.

"Kişi cinsindən olan müəllimlər isə kənd mühütünə uyğun həyat tərzi sürdükləri üçün problemi müəyyən edə bilməmişlər. Problem müəllimlərə məlum olandan sonra isə, məktəbin pedaqoji və tədris yardımçı heyəti bunları həll etməyə bilik, bacarıq və iradə ortaya qoya bilməyiblər. Hadisədən xəbərdar olan valideynlər isə xaotik fikirlər irəli sürür və hahisələri bir az da həllolunmaz hala gətirirlər.

Ümumiyyətlə hadisədən xəbərdar oaln bütün adamlar bunu məktəbin və cəmiyyətin ciddi problemi kimi görməkdənsə, bunu fərdi hal kimi müzakirə edir, valideynləri və şagirdləri günahkar çıxardırlar. Məktəbdəki pedaqoji və tərbiyə mühütünün bu vəziyyətə düşməsində heç kim günahı öz üzərinə çəkmir, onlar özlərini tərbiyəverəndən daha çox hansısa fənni tədris edən şəxs kimi aparmağa üstünlük verirlər. Tədris yardımçı heyət isə, məktəbin yerləşdiyi kəndin sakinləri olmadıqlarından problemə tam biganə münasbət bildirirlər. Dövlətin milyonlar sərf edib vətəndaşı tərbiyələndirmək və təhsilləndirmək üçün sərf etdiyi insan və maddi resurslar mənasızlıq ifadə edir, lakin sosial media üzərindən xaotik yayılan audivizual materiallar şagirdlərin tərbiyəsində əsas rola çevrilir",- ekspert əlavə edib.

Tunar Altunbəy