Azərbaycanlı gəncin uğuru - Dünyanın ən yaxşı yeddi universitetinə qəbul olundu

 23:13 10.10.2022     2306

Dövlət İdarəetmə Akademiyasının və Bakı Dövlət Universitetinin məzunu Əli Ələkbərli dünyanın ən yaxşı 10 universitetindən 7-sinə qəbul olaraq hüquq üzrə magistr (LLM) təhsili almaq şansı əldə edib və universitetlərin əksəriyyətindən akademik və professional göstəricilərinə görə təqaüd (merit-based) qazanıb.

Redaktor.az xəbər verir ki, Əlinin seçimi dünyada hüquq və texnologiyanın qarşılıqlı öyrənilməsi üzrə ən yaxşı universitet olan Stanford Universiteti (LLM in Law, Science and Technology) olub.

Qeyd edək ki, Prezident təqaüdçüsü olmuş Əli 2018-ci ildə DİM tərəfindən keçirilən magistraturaya qəbul imtahanında, 2021-ci ilin fevralında isə doktoranturaya qəbul imtahanında ölkə birincisi olub.

Vumart və Güvən reklamı Vumart Güvən