Ağır məktəbli çantası şagirdləri şikəst edir
Son illər ərzində uşaqlar arasında onurğa əyriklərinin sayı xeyli artıb. Buna səbəb uşaqların məktəb çantalarının ağır olması, masa arxasında düzgün oturmaması və sairədir.
Həkim-terapevt Sübhan Hacıyev Redaktor.az-a bildirdi ki, məktəbli çantalarının ağır olması uşaqların orqanizminə birbaşa ziyandır.
“Bu dönəmdə onlarda fizioloji aktiv inkişaf prosesi gedir. Ağır çantaların onların dayaq hərəkət sisteminə yüklənmələri nəticəsində dərin, pis fəsadları olur. Belə ki, onurğada skolioz dediyimiz əyriliklər əmələ gəlir. Böyümə hormonu olaraq somatotropin tam ifraz oluna bilmir. Nəticədə boyda geriləmə, dediyim kimi dayaq hərəkət sistemində fəsadlar və ən çoxu da onurğada əyriliklər, skoliozlar əmələ gəlir. Buna görə də yaxşı olar ki, buna diqqət olunsun və bu ağırlıqlardan uşaqlarımızı və gələcəyimizi qorumuş olaq”,-deyə terapevt qeyd etdi.
Həmidə İbrahimova












