Şəhid adını daşıyan məktəbin acınacaqlı vəziyyəti - FOTO

 14:19 12.10.2022     628

Şəmkir rayonunda məktəb qəzalı vəziyyətdədir. 

Redaktor.az xəbər verir ki, rayonun Çinarlı Qəsəbəsində yerləşən Şəhid Etibar Həsənov adına 1 saylı tam orta məktəb 30 ildən çoxdur qəzalı vəziyyətdədir.

Valideynlər uşaqlarının yararsız vəziyyətdə olan məktəbdə dərs keçməsindən ciddi narahatdırlar. 

Qazax-Tovuz Regional Təhsil İdarəsinin aparıcı məsləhətçisi Nəcibə Vəliqızı oxu.az-a bildirib ki, Şəmkir rayon Çinarlı qəsəbə Etibar Həsənov adına tam orta məktəbin mövcud vəziyyəti ilə bağlı məlumatlıdırlar:

“Qeyd edək ki, Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illər sosial-iqtisadi inkişafı dövlət proqramına əsasən, bir sıra məktəbin təmir olunması nəzərdə tutulub. Bildiririk ki, Çinarlı qəsəbə Etibar Həsənov adına tam orta məktəbin də proqrama əsasən təmiri nəzərdə tutulub”.

 

Vumart və Güvən reklamı Vumart Güvən