Orta məktəbdə hüquqi məsuliyyət yarada bilən davranış nümunələri HAZIRLANDI

 17:30 18.10.2022     915

Valideynlər-qanuni nümayəndələr, məktəb heyəti və şagirdlər tərəfindən yolverilməz və hüquqi məsuliyyət yarada bilən davranış nümunələri hazırlanıb.

Redaktor.az həmin davranışları təqdim edir:

- Alçaldıcı, təhqiredici va hədələyici ünsiyyətə yol vermək
- Məktəb fəaliyyətinə və tədris prosesinə mane olan davranış nümayiş etdirmək
- Bədən xəsarəti yetirmək və ya xəsarət yetirməklə hədələmək
- Əmlaka ziyan vurmaq və ya ziyan vurmaqla hədələmək
- Radikal dini va siyasi baxışları təbliğ etmək
- ictimai şəkildə alçaldıcı və təhqiredici şərhlər etmək
- Məktəb ərazisində və ya onun yaxınlığında içki içmək, siqaret çəkmək, kobud va ya təhqiramiz ifadələrdən istifadə etmək və ya digər antisosial davranışlara yol vermək
- Akademik nəticələri saxtalaşdırmaq, həmçinin şagirdə xüsusi münasibət göstərilməsi üçün pul, hədiyyə və xidmət təklif etmək, yaxud bu təklifi qəbul etmək.

Vumart və Güvən reklamı Vumart Güvən