Şagirdi döyən direktorun yerinə TƏYİNAT - FOTO

 10:45 19.10.2022     449

Abşeron rayonu Ceyranbatan qəsəbə 1 nömrəli tam orta məktəbə yeni direktor təyin edilib. 

Redaktor.az, bir neçə gün əvvəl bu vəzifəyə Nuranə Vəliyeva təyinat alıb.

Qeyd edək ki, bir müddət əvvəl övladı Abşeron rayonu Ceyranbatan qəsəbə 1 nömrəli tam orta məktəbdə təhsil alan valideynlərdən biri məktəbin direktoru Çinarə Atayevanın onun qızına işgəncə verməsi və müxtəlif bədən xəsarətləri yetirməsi barədə şikayət ünvanlayıb.

Daxili İşlər Nazirliyi, Abşeron-Xızı Regional Təhsil İdarəsindən məsələ barədə araşdırma aparıldığı qeyd edilib.

Daha sonra Abşeron-Xızı Regional Təhsil İdarəsindən saytımıza bildirilmişdi ki, idarənin tabeliyində olan Ceyranbatan 1 nömrəli tam orta məktəbin direktoru Çinarə Atayeva ilə bağlanmış əmək müqaviləsinə xitam verilib (oxu.az).