"Azərbaycanda 4 uşaqdan yalnız biri bağça ilə təmin olunur" - Zahid Oruc

“Ölkəmizdə 4 uşaqdan yalnız biri bağça ilə təmin olunur”.
Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin deputatı, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc "Azərbaycanda uşaqların ailə-cəmiyyət münasibətlərində yeri və rolu" mövzusunda keçirilən konfransda deyib.
“Azərbaycanda 1825 uşaq bağçası var. Bu, o deməkdir ki, 4 uşaqdan yalnız biri bağça ilə təmin olunur. Baxmayaraq ki, hər il dövlət yeni müəssisələrin inşasını bir nömrəli məsələyə çevirib”,- deyə o, əlavə edib.
Nərmin VÜQARQIZI