Bakıda çatışmazlıqlar aşkarlanan məktəblərin sayı AÇIQLANDI

 10:42 04.11.2022     424

"Monitorinqlər nəticəsində ümumtəhsil məktəblərinin 130-da müəyyən çatışmazlıqlar aşkarlanıb".

Redaktor.az-ın xəbərinə görə, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdir müavini Orxan Kərimov ümumi təhsil müəssisələrinə payız-qış mövsümünə hazırlıqla bağlı təşkil edilən mediatur zamanı deyib.

Müdir müavini bildirib ki, onlardan 30-da çatışmazlıqlar daha ciddi hesab olunur:

"Hazırda həmin problemlərin həll olunması istiqamətində işlər görülür".

"Həmçinin, məktəbəqədər təhsil müəssisələrinin 190-da da müəyyən çatışmazlıqlar var. Bu istiqamətdə işlər görülür", - o vurğulayıb.

Vumart və Güvən reklamı Vumart Güvən