İşsiz qalan respublika birincisinə iş verildi
Elm və Təhsil Nazirliyi işsiz müəllimi işlə təmin edib.
Redaktor.az xəbər verir ki, bu barədə nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov məlumat verib.
Onun sözlərinə görə, Azərbaycan dili və ədəbiyyatı fənni üzrə müəllim Nərmin Şamxalovanın vakansiyasında yaranan problemlə bağlı məsələyə nazirlik dərhal reaksiya göstərərək müraciətə baxılıb:
“Məsələ barədə müsbət qərar qəbul edilib. Nərmin Şamxalova bu gündən 236 nömrəli tam orta məktəbdə müəllimi kimi fəaliyyətə başlayıb”, - deyə Valehov əlavə edib.
Xatırladaq ki, müəllimlərin işə qəbulu imtahanında (MİQ) 92 bal toplayaraq rus bölməsində Azərbaycan dilinin tədrisi üzrə respublika birincisi olan müəllim Nərmin Şamxalova işsiz qaldığını bildirmişdi.
Həmidə İbrahimova













