Bakı məktəblərinin istilik problemi varmı? - Rəsmi açıqlama
Xəbər verdiyimiz kimi, bu gündən etibarən Bakıda və bir sıra bölgələrdə yerləşən mənzillərə, təhsil, səhiyyə müəssisələrinə və digər sosial obyektlərə istilik verilməsinə başlanılıb.
Maraqlıdır, Bakı şəhəri üzrə bütün təhsil müəssisələri istilik ilə təmin olunubmu?
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov Redaktor.az-ın sorğusuna cavab olaraq bildirdi ki, artıq bu prosesə start verilib.

“Bu gündən etibarən Bakının bütün məktəblərinə istilik verilib. Hazırda istər fərdi qazanxanalar, istərsə də, mərkəzləşdirilmiş sistem tərəfindən təmin olunan istilik sistemi ilə bağlı monitorinqlər aparılır. Problemli məktəb müəyyən olunarsa, dərhal məsələ araşdırılacaq”, - deyə mətbuat katibi qeyd etdi.
Nərmin VÜQARQIZI












