“1200 yerlik məktəbdə 4500 şagird oxuyur” - Deputat

 12:41 25.11.2022     2152

Bakının, Mərdəkan, Şağan, Buzovna və Qala qəsəbələrində 1 200 yerlik məktəblərdə 4 500 şagird oxuyur.

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında deputat Rauf Əliyev bildirib.

“Təklif edirən ki, məktəblərdə şagird sıxlığının aradan qaldırılması ilə bağlı dövlət proqramı qəbul olunsun, tədricən əlavə korpuslar tikilsin”, - deyə o qeyd edib.

Bundan başqa, deputat deyib ki, Bakının ətrafında bir neçə qəsəbədə yeraltı sular üzə çıxır və vətəndaşlara problem yaradır: “Bu, təbiətdən asılı bir məsələdir. İki millət vəkili ilə birlikdə Baş nazir Əli Əsədova məktub göndərmişəm. Təklifimiz bundan ibarətdir ki, yeni qəsəbələr salınsın. Xüsusilə Şağan qəsəbəsində vəziyyət çox ağırdır, yağış yağandan sonra lap acınacaqlı olur”.

R.Əliyev qeydiyyatsız evlərdən də danışıb: “Təkcə Xəzər rayonunda 15 min, Piallahı rayonunda isə 1,5 min qeydiyyatsız ev var. Bu evlərin sahibləri kommunal xidmətlərlə bağlı müraciət edəndə problem yaşanır” (report).