"Müəllimlərin əmək haqları ballarına uyğun artırılıb" - Nazir
"11 657 ibtidai sinif müəllimi sertifikasiya imtahanında iştirak edib".
Redaktor.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev media üçün brifinqdə bildirdi.
Onun sözlərinə görə, bu müəllimlərdən 75 faizi sertifikasiya imtahanlarında uğur qazanıb. "Uğurlu nəticə əldə edən müəllimlərin əmək haqları ballarına uyğun olaraq artırıldı", - deyə nazir əlavə etdi.
Nərmin Vüqarqızı












