Elm və Təhsil Nazirliyinin nəzdində yeni agentliklər yaradılır

 15:38 25.11.2022     2041

Hazırda Elm və Təhsil Nazirliyinin nəzdində 3 dövlət agentliyinin yaradılması işləri davam edir.

Redaktor.az xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev media nümayəndələri üçün keçirilən brifinqdə bildirib. 

O qeyd edib ki, müvafiq sənəd hazırlanıb və aidiyyəti qurumlarla razılaşdırılıb.

"İlin sonuna qədər işlər yekunlaşacaq. Yanvar ayından yeni strukturda işə başlayacağıq",-deyə nazir əlavə edib.

Nərmin VÜQARQIZI

 

Vumart və Güvən reklamı Vumart Güvən