Nazirdən valideynlərə: "Ən yaxşı məktəb evinizin yaxınlığındakı məktəbdir"

 16:23 25.11.2022     1238

"Məktəb avtobuslarının təşkili bizim yol xəritəmizdə mövcuddur".

Redaktor.az xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev media üçün brifinqdə dedi.

Onun sözlərinə görə, yanlışlıq ondan ibarətdir ki, Bakı məktəbləri arasında çox böyük miflər var.

"Hər il avqust ayında valideynlər məsələ qaldırır ki, ən yaxşı məktəb hansıdır? Ən yaxşı məktəb evinizin yaxınlığındakı məktəbdir. Buna görə də, məktəbli avtobuslarının effektliyi məsələsi sual altındadır", - deyə nazir vurğuladı.

Nərmin VÜQARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən