Ukraynada ali məktəblərə qəbul edilən azərbaycanlıların sayı AÇIQLANDI

 09:55 05.12.2022     403

Müharibə dövründə Ukrayna ali məktəblərinə sənəd verən Azərbaycan vətəndaşlarından 395 nəfər qəbul olunub.

Bu barədə Redaktor.az-a Şərqi Avropa bürosunun sorğusuna cavab olaraq Ukrayna Elm və Təhsil Nazirliyindən bildiriblər.

Məlumata görə, bu şəxslər 2022-ci ilin əvvəlindən dekabrın 2-ə qədər olan dövrdə Ukrayna ali təhsil müəssisələrinə qəbul olunub.