Deputat Şəkidə universitet açılmasını təklif etdi

 11:54 06.12.2022     768

Azərbaycan Dövlət Pedaqoji Universitetinin "Şəki" filialının müstəqil universitetə çevrilməsinin vaxtı çatıb.

Redaktor.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Əli Məsimli bildirib.

"Bu il martın 10-da filialın 30 illik yubileyi qeyd olunub. Onun regionun inkişafında böyük xidmətləri olub. Filialda 5 mindən çox kadr yetişdirilib. Onlar ölkənin müxtəlif yerlərində töhvəsini verir", - deyə deputat qeyd edib.