"125 min müəllimin hamısını sertifikasiyadan keçirməyə texniki imkanlarımız var" - Nazir

 12:56 15.12.2022     1347

"Azərbaycanda 150 mindən artıq pedaqoji heyətdə təmsil olunan şəxs var ki, onun da təxmini 125 mini müəllimdir. Həmin müəllimlərin də hamısını sertifikasiyadan keçirməyə texniki imkanlarımız var".

Redaktor.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisdə “Dövlət ümumtəhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması” mövzusunda keçirilən ictimai dinləmədə səsləndirilən suallara cavabında deyib.

O, bildirib ki, bu gün 5000-ə yaxın müəllimin imtahana cəlbi varsa, bu rəqəmin 8000-9000-ə çatdırılması nəzərdə tutulur.

Nazirin sözlərinə görə, elə müəllim qrupu var ki, onlar ixtisasartırmaya cəlb olunsa da, nəticəsi dəyişməyəcək:

“İmtahandan keçə bilməyən 24 % müəllimin təqribən 5-10 faizi ən asan suallara yenə də cavab verə bilməyəcəklər”, - deyə Əmrullayev bildirib.