"Şagird sıxlığı ilə təhsilin keyfiyyəti arasında elə də əlaqə yoxdur" - Emin Əmrullayev

 13:23 15.12.2022     374

"Şagird sıxlığı ilə təhsilin keyfiyyəti arasında elə də əlaqə yoxdur".

Redaktor.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisdə “Dövlət ümumtəhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması” mövzusunda keçirilən ictimai dinləmədə səsləndirilən suallara cavabında deyib.

Nazir daha sonra Sinqapurun təhsil sistemindən nümunə gətirib və deyib ki, Sinqapur sistemi ən yaxşısıdır, ancaq orada sinifdə 40-a yaxın şagird təhsil alır:

“Əgər müəllim yaxşıdırsa, sinifdəki tədrisi yaxşı təşkil edə biləcək. Bu gün ölkədə cəmi 0,3 faiz sinifdə şagird sıxlığı var. Hansı ki, həmin məktəblər yaxşı nəticə göstərən təhsil ocaqlarıdır. Ən bacarıqlı müəllimlərin işə cəlbi önəmlidir”.

"Repititorlar da bizim məktəblərdə dərs deyən təhsil işçilərdir. Eyni müəllim, eyni şagird heyəti. Sistemdə vahidlik yoxdursa, insanlar haqlı və haqsız istəklərlə çıxış edəcək”, - nazir əlavə edib.