"Şagirdlərimizi zərərli təsirlərdən qorumaq istəyiriksə, bunu mütləq etməliyik" - Deputat

 14:08 23.12.2022     1319

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin müavini Qəmər Cavadlı bir müddət öncə mətbuata açıqlamasında bildirib ki, məktəblərdə dinlə bağlı fənn tədris olunmalıdır.

"Bu, mütləqdir və bu, dini maarifləndirmədir. Bununla da, cəmiyyətdə dini düşüncəni yaxşı mənada dəyişmək mümkündür”, - deyə o, qeyd edib.

Bəs, orta məktəblərdə dinlə bağlı fənlərin tədris olunmasına ehtiyac varmı?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov bildirdi ki, dinlə bağlı tədris vacibdir.

“Yəni əgər şagirdlərimizi zərərli təsirlərdən qorumaq istəyiriksə, bunu mütləq etməliyik. Bu bizə ona görə lazımdır ki, birinci şagirdlərimizə öz milli, mənəvi dəyərlərimizi təbliğ edək. İkinci də ona görə lazımdır ki, gəncləri radikal təsirlərdən qoruyur. Yəni gənc orta məktəbdə oxuyanda din haqqında hansısa bir məlumat əldə edir və bu onu gələcəkdə digər hansısa bir radikal təriqətə yönlənməsinin qarşısını alır. Yəni o bilir ki, hansı dinlər var, hansı radikal cərəyanlar var. Bu baxımdan, mən düşünürəm ki, bu vacibdir. Burada iki məqam var. Biz demirik ki, orta məktəblərdə din tədris olunsun. Burada dinlər haqqında məlumat verməkdən söhbət gedir. Bir də bəzən bu arqumentə qarşı olaraq Həyat bilgisi fənni gətirilir. Mən bu fikirlə razı deyiləm. Həyat bilgisində kifayət qədər dinlər haqqında məlumat verilmir. Bu məlumatlar gənclərimizi qorumaq üçün yetərli deyil”, - deputat vurğuladı.

Nərmin VÜQARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən