Bu universitetin əməkdaşlarına pul mükafatı veriləcək

 10:50 22.12.2022     578

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) bütün əməkdaşlarına bir aylıq maaşları həcmində pul mükafatı ayrılıb.

Redaktor.az xəbər verir ki, bununla bağlı AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova əmr imzalayıb.

Əmrə əsasən, 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə ali təhsil müəssisəsinin bütün əməkdaşlarına bir aylıq maaşları həcmində pul mükafatı veriləcək.

Vumart və Güvən reklamı Vumart Güvən