Rektor əməkdaşlara pul mükafatı verəcək
Dövlət İqtisad Universitetinin bütün əməkdaşlarına yeni il münasibətilə pul mükafatları veriləcək.
Redaktor.az xəbər verir ki, bununla bağlı universitetin rektorları müvafiq əmr imzalayıb.
İqtisad Universitetinin rektoru Ədalət Muradovun imzaladığı əmrlə universitetin bütün əməkdaşlarına yeni il münasibətilə 200 manat məbləğində pul mükafatı təqdim edilib.
Xatırladaq ki, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova da yeni il münasibətilə universitetin bütün əməkdaşlarına maaşları qədər pul mükafatının verilməsi haqda əmr imzalayıb.












