"Repetitorluq sistemi orta məktəbləri dağıdır" - Deputat
“Repetitorluq sistemi orta məktəbləri dağıdır, 8-9-cu siniflərdən sonra məktəblərə uşaqlar getmir”.
Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fəzail Ağamalı deyib.
O, təklif edib ki, gələn sessiyadan “Təhsil haqqında” qanunu yenidən işləmək lazımdır.












