Bağçalarda işə qəbul elan edildi - FOTO

 15:15 29.12.2022     585

 

Tərbiyəçi-müəllim vəzifəsi üzrə aşağıda qeyd olunan məktəbəqədər təhsil müəssisələrinə faktiki yaşayış yeri üzrə reytinqə uyğun namizəd olmadığına görə vakansiya seçiminə start verilir.

Elm və Təhsil Nazirliyindən Redaktor.az-a verilən məlumata görə, vakansiya seçimində məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin həm test, həm də müsahibə mərhələsində uğur qazanan namizədlər iştirak edə bilərlər.

Vakansiya seçimində iştirak etmək istəyən şəxslər linkə daxil olaraq müvafiq xanaları doldurduqdan sonra 1 vakant yer seçimi edə bilərlər.

Qeyd edək ki, vakansiya seçimi 6 yanvar saat 18:00-dək davam edəcək.

222
Vumart və Güvən reklamı Vumart Güvən