Məktəblər qara görə bağlanacaq? - Nazirlikdən AÇIQLAMA

Hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar ölkə üzrə ümumi təhsil müəssisələrində şagirdlərin dərsə davamiyyəti nisbətən azalıb.
Bu barədə Redaktor.az-a Elm və Təhsil Nazirliyindən bildirilib.
Məlumata görə, hava şəraiti dağlıq və dağətəyi rayonlarında dərsə davamiyyətə daha çox təsir edib:
"Şaxtalı hava şəraiti ilə bağlı bəzi ümumi təhsil müəssisələrində istilik təminatı ilə bağlı problemlər qeydə alınıb. Həmin məktəblərdə istiliyin bərpası istiqamətində işlər aparılır. Qeyri-sabit hava şəraiti ilə bağlı məktəblərin bağlanmasına dair hər hansı rəsmi qərar verilməyib".