Tələbələr üçün Prezident təqaüdünün məbləği qaldırıldı

 10:53 13.01.2023     1284

Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün məbləği 2023-cü il yanvarın 1-dən 275 (iki yüz yetmiş beş) manat müəyyən edilib.

Redaktor.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

Nazirlər Kabinetinə bu fərmandan irəli gələn məsələləri həll etmək tapşılıb.

İndiyədək bu məbləğ 250 manat idi.