Türkiyə azərbaycanlı tələbələr üçün təqaüd proqramı elan etdi

 17:54 13.01.2023     499

Türkiyə 2023-2024-cü tədris ili üzrə “Türkiyə bursları” təqaüd proqramı elan edib.

Elm və Təhsil Nazirliyindən Redaktor.az-a verilən məlumata görə, təqaüd proqramı bakalavriat, magistratura və doktorantura səviyyələrini əhatə edir.

Proqrama sənəd qəbulu üçün son müraciət tarixi 20 fevral 2023-cü ildir.