ADU-da qış imtahan sessiyasına start verildi

 13:59 16.01.2023     548

Azərbaycan Dillər Universitetində 2022/2023-cü tədris ilinin payız semestrinin qış imtahan sessiyasının başlanması ilə əlaqədar media-tur keçirilib. Media-turda millət vəkilləri, təhsil ekspertləri, KİV nümayəndələri iştirak edib.

Redaktor.az xəbər verir ki, yanvarın 5-dən Azərbaycan Dillər Universitetində 2022/2023-cü tədris ilinin payız semestrinin qış imtahan sessiyası başlayıb.

İmtahanlar üç növbədə​ - bakalavr səviyyəsi üzrə üzrə saat 10:00-dan 12:00-dək, 13:00-dan -15:00-a dək, ​magistratura səviyyəsi üzrə isə saat 16:00-dan 18:00-dək​ keçiriləcək.

Bakalavr səviyyəsində 7 minə yaxın, magistratura səviyyəsində isə 586 ​ tələbə imtahan verəcək.​

Qeyd olunur ki, sessiya zamanı imtahanda iştirak etməyən tələbələrə həmin fənlərdən imtahan vermək üçün 2023-cü ilin fevral ayının 6-dan 13-dək şərait yaradılacaq.

Sessiyanın gedişinə operativ nəzarət, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı təmin etmək məqsədilə​ Operativ Qərargah və universitet üzrə Apelyasiya Komissiyası yaradılıb.

Komissiya sessiya müddətində imtahanların gedişi ilə əlaqədar ərizə, təklif, Elm və Təhsil Nazirliyinin "Qaynar xətt"i vasitəsilə daxil olmuş şikayətlərin araşdırılmasını təmin edəcək.

Sessiya fevralın 3-dək davam edəcək.

Həmidə İbrahimova