Masallıda dəhşət - Şagird özünü məktəb binasından atdı

 17:06 16.01.2023     718

Masallıda məktəbli qız intihara cəhd edib.

Redaktor.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Masallı rayon 1 saylı orta məktəbdə baş verib.

Məktəbin 9-cu sinif şagirdi sinif yoldaşlarından biri ilə mübahisə edib. Daha sonra məktəbin pəncərəsindən özünü aşağı atıb.

Qız təcili xəstəxanaya çatdırılıb. Vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.