Şagirdlərin qış tətilinin vaxtı AÇIQLANDI

 16:51 23.01.2023     2042

Məktəblilərin qış tətili günləri açıqlanıb. 

Elm və Təhsil Nazirliyindən Redaktor.az-a verilən məlumata görə, ümumi təhsil müəssisələrində 5 gün (27-31 yanvar) qış tətili olacaq.

Qış tətilindən sonra ümumi təhsil müəssisələrində ilk iş günü fevralın 1-dir. 

Bu qərar ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil edilir.