"Tələbə yataqxanasını bərpa etməyə vəsait yoxdur" - Rektor
"Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) tələbə yataqxanasını bərpa etməyə vəsaiti yoxdur".
Redaktor.az xəbər verir ki, bunu Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova deyib.
Rektor bildirib ki, universitetin yataqxanasında indiyə qədər məcburi köçkünlər yaşayıb: "İndi onlar orada yaşamasalar da, hazırda bizim tələbə yataqxanasını təmir etməyə imkanımız yoxdur".