UNEC-də imtahan sessiyaları ləğv oluna bilər

"Bizim əsas hədəfimiz UNEC-də imtahan sessiyalarının mərhələli şəkildə ləğvidir".
Redaktor.az xəbər verir ki, bunu Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru Ədalət Muradov hesabat tədbirində çıxışı zamanı deyib.
O bildirib ki, bu təcrübə xaricdə var:
"Bizim universitetlərdə də tətbiqi haqda düşünməliyik. Belə olan halda hər ay tələbəyə konkret bir layihə veriləcək və o layihə əsasında da tələbə qiymətləndiriləcək. Beləliklə, imtahana ehtiyac qalmayacaq".