Elmi dərəcə və adların verilməsi səlahiyyəti universitetlərdə olmalıdır - Rektor

 16:41 25.01.2023     1889

Elmi dərəcə və elmi adların verilməsi səlahiyyəti universitetlərdə olmalıdır.

Redaktor.az xəbər verir ki, bunu Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru Ədalət Muradov hesabat tədbirində çıxışı zamanı deyib.

O bildirib ki, Təhsil haqqında Qanun layihəsinin müzakirəsində də bu məsələni bir neçə dəfə təklif edib:

"Amma ciddi müqavimət var. Bunun nə zaman aradan qalxacağını deyə bilmərəm. Biz artıq UNEC dosenti, UNEC professoru adını təsis etmişik. Bizim verdiyimiz bu adla universitetimiz daxilində professor, dosent maaşı almağa iddia etmək mümkündür".